DİN Salyandakı insidentlə bağlı məlumat yaydı
Saat 15 radələrində Ələt-Astara yolunun 38-ci kilometrliyində naməlum sürücü idarə etdiyi “Mitsubishi L 300” markalı avtomobili qəsdən yol polisi əməkdaşının xidməti “KİA” markalı avtomobilinə vurub, habelə odlu silahla polis əməkdaşını hədələyərək ondan yaxınlaşmamağı tələb edib, bir qədər sonra öz maşınını “BMW” markalı avtomobildə xidmət aparan polis əməkdaşlarının yanında saxlayaraq onları da təhqir edib, odlu silahdan “BMW”-yə tərəf 1 dəfə atəş açıb hərəkətini davam etdirib.
Salyan RPŞ əməkdaşları tərəfindən görülmüş əməliyyat tədbirləri nəticəsində avtomobil şəhər ərazisində saxlanılarkən sürücü, idarə etdiyi avtomobildən polis əməkdaşlarının olduğu avtomobilə bir neçə dəfə atəş açıb, avtomobillə yol polisi əməkdaşını qolundan vurub.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxs saxlanılıb.
Araşdırmalarla onun Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Bağırov olması müəyyən edilib. Həmçinin martın 1-də “Mercedes” markalı avtomobillə qeyd edilən hərəkətlərin də onun tərəfindən törədilməsi məlum olub.
O.Bağırovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi və 16 ədəd patron götürülüb.
Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.
AzVision.az