Azərbaycanla Mərakeş arasında sənədlər imzalanıb

Azərbaycanla Mərakeş arasında sənədlər imzalanıb
  05 Mart 2018    Oxunub:2038
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita arasında görüş keçirilib
AzVision.az xəbər verir ki, görüş zamanı nazirlər tərəfindən bir sıra sənədlər imzalanıb.

Bura Azərbaycan və Mərakeş arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya, Azərbaycan və Mərakeş arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında saziş, "Azərbaycan Dəmir Yolları" QSC ilə Mərakeş Milli Dəmiryolları arasında Niyyət Protokolu, Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Dənizçilik Araşdırmaları üzrə Mərakeş Ali İnstitutu arasında Niyyət Protokolu daxildir.

Qeyd edək ki, nazirlərin birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırması gözlənilir.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: XİN   Məmmədyarov   Mərakeş  





Xəbər lenti