Gürcüstanın Baş naziri Bakıya gəlib

Gürcüstanın Baş naziri Bakıya gəlib
  30 Avqust 2018    Oxunub:1373
Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 29-da Azərbaycan Respublikasına səfərə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az


Teqlər: Gürcüstan   Azərbaycan  





Xəbər lenti