Baxtadzenin Azərbaycana səfəri başa çatıb

Baxtadzenin Azərbaycana səfəri başa çatıb
  31 Avqust 2018    Oxunub:1725
Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycan Respublikasına səfəri avqustun 30-da başa çatıb.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.



AzVision.az


Teqlər: Baxtadze  





Xəbər lenti