Natiq Məmmədova yeni vəzifə verilib

Natiq Məmmədova yeni vəzifə verilib
  12 Sentyabr 2018    Oxunub:6034
Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov Nazirlər Kabineti Aparatı rəhbərinin müavini təyin olunub.
AzVision.az xəbər verir ki, N.Məmmədov artıq MSK-dan ayrılaraq yeni işinə başlayıb.

Qeyd edək ki, N.Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. O, Mili Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi. N.Məmmədov 2010-cu ildə isə MSK-nın sədr müavini seçilib.

Kənan Məmmədov



Teqlər: Nazirlər-Kabineti   Natiq-Məmmədov   MSK  





Xəbər lenti