Müdafiə naziri yeni səfirlə görüşüb

Müdafiə naziri yeni səfirlə görüşüb
  21 Fevral 2019    Oxunub:1557
Fevralın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşüb.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərəflər ölkələrimiz arasındakı münasibətlər, regional problemlər və bölgədəki hərbi-siyasi vəziyyət, eləcə də ikitərəfli hərbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov   Səfir   Braziliya  





Xəbər lenti