Türkiyəli hərbçilər Hərb Tarixi Muzeyini ziyarət edib

Türkiyəli hərbçilər Hərb Tarixi Muzeyini ziyarət edib
  16 Avqust 2020    Oxunub:3348
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə keçirilən birgə genişmiqyaslı təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin bir qrupunun istirahət günlərində gəzintisi təşkil olunub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qonaqlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edərək orada nümayiş etdirilən eksponatlarla tanış olub və zəngin təəssüratlar əldə ediblər.

Azvision.az


Teqlər: Türkiyə   Hərbçi   Naxçıvan  





Xəbər lenti