Azərbaycanda müəllim və şagirdlər qidadan zəhərləndi
Xəstəxanadan “Report”a verilən məlumata görə, müayinə zamanı məlum olub ki, tur-aksiya iştirakçıları bu gün səhər saatlarında Qəbələ rayonunda qaldıqları otellərdən birində səhər yeməyi yedikdən sonra Şəkiyə gəliblər. Bir müəllim və 5 şagirddə qida zəhərlənməsı baş verib. Onlara xəstəxanada lazımi tibbi yardımlar göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan nəzarətdə olmaq şərti ilə evə buraxılıblar.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Azvision.az-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, qidadan zəhərlənən müəllim və şagidlərin səhhətləri normaldır.
Azvision.az
Teqlər: Zəhərlənmə Məktəb Müəllim Şagird