Lapşin Azərbaycana gətirildi - FOTOLAR+VİDEO

Lapşin Azərbaycana gətirildi - FOTOLAR+VİDEO
  08 Fevral 2017    Oxunub:11616
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqqer Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya edilib.

AzVision.az xəbər verir ki, Lapşini Azərbaycana gətirən təyyarə fevralın 7-də saat 23.00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Hava limanında Lapşin Belarus Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.



Qeyd edək ki, bu gün Belarus Ali Məhkəməsi bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı şikayətini təmin etməyib.

Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.

Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb.

Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.











AzVision.az


Teqlər:  





Xəbər lenti