Nəsimi və Yasamalda qaz olmayacaq

Nəsimi və Yasamalda qaz olmayacaq
  08 Fevral 2017    Oxunub:1371
Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə diametri 325 millimetrlik orta təzyiqli qaz xəttində aşkar edilmiş qaz sızmasının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar fevralın 8-də saat 09:30 dan 18:00-dək Bakının Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildirilib ki, aparılan işlərin Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

AzVision.az


Teqlər:





Xəbər lenti