Sənəd qəbulunun vaxtı uzadıldı

Sənəd qəbulunun vaxtı uzadıldı
  17 Mart 2017    Oxunub:1105
“Əvvəlcədən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı idi. Aparılan müəyyən analizlər nəticəsində məlum olub ki, hələ də ərizə verərək təsdiq etməyən insanlar kifayət qədərdir”. AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, magistratura üzrə 2111, rezidenturada isə 900 nəfər hələ də sənədlərini təsdiqləməyib: “Bu gecə isə hökumət ödəniş portalında müəyyən problemlər olub. Bütün bunları nəzərə alaraq sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb”.

M.Abbaszadə əlavə edib ki, bu vaxta kimi magistraturaya 10 650 nəfərər ərizəsini təsdiq edib, onlardan 9641-i Azərbaycan, 1009-u isə Rus bölməsinin məzunlarıdır. “Rezidenturaya isə 949 nəfər ərizəsini təsdiq edib ki, onlardan 825-i Azərbaycan, 124-ü Rus bölməsinin məzunlarıdır. Bayram günlərində də sənəd vermək və təsdiq etmək mümkündür. Bəzi insanların adları və ya soyadları ilə bağlı müəyyən problemləri olur ki, onlar sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. Sənəd Qəbulu Komissiyaları bayramlarda işləməyəcək. Lakin bayramdan sonra komissiyalar 2 gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   İmtahan   Qəbul  





Xəbər lenti