Tovuzda müəllim şagirdi döyüb - VİDEO

Tovuzda müəllim şagirdi döyüb - VİDEO
  18 Aprel 2017    Oxunub:2682
Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib.
Görüntülər Tovuz rayonu Qalaboynu kənd məktəbində çəkilib. Şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdur. Görüntülərin montaj olduğunu iddia edən müəllim ittihamlarla razılaşmır. Mövsüm Sadıqov bildirib ki, o heç bir halda şagirdlərə zor tətbiq etmir.

Müəllim hər nə qədər ittihamları qəbul etməsə də, görüntülər ortadadır.

Məsələ ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Rayon Təhsil Şöbəsinin mövqeyini öyrənməyə çalışdıq.

Təhsil Nazirliyindən məsələyə Rayon Təhsil Şöbəsinin mövqe bildirəcəyi deyilib. Gün ərzində cəhdlərə baxmayaraq Rayon Təhsil Şöbəsindən məsələyə münasibət almaq mümkün olmayıb. (Xəzər TV)



AzVision.az


Teqlər: Tovuz   Müəllim   Məktəb   Şagird  





Xəbər lenti