“Azərsu” “ASAN-Xidmət”-lə 38 minə yaxın müraciətə baxıb

“Azərsu” “ASAN-Xidmət”-lə 38 minə yaxın müraciətə baxıb
  01 Noyabr 2017    Oxunub:1712
Bu ilin yanvar-sentyabr aylarında "Azərsu" ASC-nin "ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 37 720 müraciət edilib.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda deyilir ki, müraciətlərin 20 359-u “ASAN xidmət”, 17 361-i isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb.

Ötən müddətdə edilən müraciətlər arasında “SMART kart”lara yükləmələr haqqında məlumatın verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş “SMART kart”ların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Ən çox müraciət Bakının Sabunçu və Yasamal rayonlarındakı, eləcə də Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində, həmçinin 2 saylı “ASAN Kommunal” mərkəzində qeydə alınıb.
“ASAN xidmət” mərkəzlərində “Azərsu”nun müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. Bu ildən “Azərsu” “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 91406 müraciət daxil olub.

Hazırda “Azərsu”nun xidmətləri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.

AzVision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti