"Karl Marks" dairəsi bağlanır

"Karl Marks" dairəsi bağlanır
  05 Fevral 2018    Oxunub:9688
Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən dairə ("Karl Marks" dairəsi) aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq bu gecədən etibarən (fevralın 5-dən 6-na keçən gecə) bağlanacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin hərəkəti müvafiq olaraq Atatürk prospekti (Ayna Sultanova) və Əli Mustafayev küçəsi (Xutor dairəsi) istiqamətinə yönəldiləcək.

"Təmir-tikinti işləri sözügedən hissədə nəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə aparılacaq və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Buna görə, sürücülərdən diqqətli olmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur",- deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: Yol   Tikinti  





Xəbər lenti