Ordumuzda səmti müəyyən etmə yarışları başlayıb

Ordumuzda səmti müəyyən etmə yarışları başlayıb
  30 Avqust 2018    Oxunub:1379
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyən etmə yarışları başlayıb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.

Hərbi qulluqçular fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar.
Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçirilən yarışlar sentyabr ayının 3-də mükafatlandırma mərasimi ilə sona çatacaq.









AzVision.az


Teqlər: MN   Hərbi   Yarış  





Xəbər lenti