Eldar Əzizov məmuru cəzalandırdı, gərgin iş başladı - FOTO

Eldar Əzizov məmuru cəzalandırdı, gərgin iş başladı -  FOTO
  23 Noyabr 2018    Oxunub:12907
Xəbər verdiyimiz kimi, iki gün öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Heydər Əliyev adına parka baş çəkib, çatışmazlıqların həlli barədə aidiyyatı şəxslərə ciddi göstərişlər verib.

Azvision.az xəbər verir ki, bu gün səhər saatlarında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları merin tapşırığı ilə parkda işlərə başlayıblar.


Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sıra nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi faktları aşkar olunub.

Bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bakı   İcra  





Xəbər lenti