Bakıda mağazadan 40 telefon oğurlanıb

Bakıda mağazadan 40 telefon oğurlanıb
  23 Noyabr 2018    Oxunub:1755
Bakıda mağazadan 3000 manat dəyərində 40 ədəd mobil telefon oğurlanıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Nəsimi rayon Polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 21-də rayon ərazisindəki mağazaların birindən 3000 manat dəyərində 40 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt və Gəncə şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb.

Azvision.az


Teqlər: Oğurluq   DİN   Telefon  





Xəbər lenti