Bir gündə 125 cinayət törədilib, 14 nəfər saxlanılıb

Bir gündə 125 cinayət törədilib,  14 nəfər saxlanılıb
  28 Noyabr 2018    Oxunub:1945
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 125 cinayət faktı qeydə alınmış, onların da 10-u “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti