“Məqsədimiz Şuşada, Kəlbəcərdə “ASAN xidmət” mərkəzi açmaqdır”- Ülvi Mehdiyev

“Məqsədimiz Şuşada, Kəlbəcərdə “ASAN xidmət” mərkəzi açmaqdır”-  Ülvi Mehdiyev
  21 Fevral 2019    Oxunub:11616
"Bu il beş “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək. Əlbəttə, növbəti illərdə də yeni mərkəzlərimiz açılmalıdır. Ən azından Şuşa və Ağdam şəhərində, Kəlbəcər rayonunda yeni mərkəzlərimiz olmalıdır".
Azvision.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Radio" 100 FM-də "QəbuldASAN" verilişində vətəndaşların suallarını cavablandırarkən deyib.

Agentlik sədri arzu edib ki, növbəti illərdə adıçəkilən şəhər və rayonlarımızda da “ASAN xidmət”i layihələndirək.

"Bundan əlavə, digər regionlarımızda da ola bilər. Bu il daha 5 mərkəzin istifadəyə verilməsi ilə “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatır. Bununla da, əksər regionları əhatə etmiş oluruq. Növbəti illərdə mütləq Qarabağda mərkəzlərimiz açılmalıdır. Bu, bizim arzumuz yox, həm də məqsədimizdir".

Azvision.az



Teqlər: ASAN-xidmət   Ülvi-Mehdiyev  





Xəbər lenti