Oğul qəza törətdi, atası öldü

Oğul qəza törətdi, atası öldü
  14 Noyabr 2019    Oxunub:1510
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Çaparlı kəndi ərazisində rayon sakinləri R.Məhərrəmovun və A.Məhərrəmovun idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Məhərrəmovun avtomobilində olan sərnişini - atası Rəhim hadisə yerində ölüb.

Hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza   Yol  





Xəbər lenti