Yanan binadan insanlar belə xilas edildilər - FOTOLAR
15 Noyabr 2019
Oxunub:8403
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.
Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.
Azvision.az fotoqraf Famil Mahmudbəylinin hadisə yerindən çəkdiyi fotoları təqdim edir: