Azərbaycana könüllü qayıdan 703 nəfərə yardım edilib

  10 Yanvar 2020    Oxunub : 1172
Azərbaycana könüllü qayıdan 703 nəfərə yardım edilib
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsindəkönüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarının reinteqrasiya yardımı ilə təmin edilməsinə davam edib.
Təşkilatdan Azvision.az -a verilən məlumata görə, 2019-cu ildə KQYR layihələri çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 105 nəfər şəxsə nağd qrant və 598 nəfər şəxsə isə qeyri-nağd yardımlar göstərilib. Ötən il ərzində, 40 nəfərə tibbi yardım, 120 nəfərə müvəqqəti mənzil təminatı, 188 nəfərə kiçik biznesin qurulması üçün və 285 şəxsə isə zəruri ev əşyalarının alınmasına dair yardım (məişət və mebel əşyaları) göstərilib.

BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təqdim olunan reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdanlara və onların ailələrinə gəlir gətirən fəaliyyət sahələrinin qurulması ilə bağlıdır. 2019-cu ildə KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilib. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermertəsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, ticarət və kiçik istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurublar.

Azvision.az

Teqlər: BeynəlxalqMiqrasiyaTəşkilatı