Qeydiyyata cəlb olunacaq mənzillərin sayı açıqlanıb

Qeydiyyata cəlb olunacaq mənzillərin sayı açıqlanıb
  18 Yanvar 2020    Oxunub:2793
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə yanvarın 21-24-də Nərimanov və Nizami rayonlarında istismarına icazə verilmiş binalarda keçiriləcək.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, səyyar qeydiyyat xidmətindən yanvarın 21-də Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, yanvarın 22-də saat 9:00-dan 13:00-dək Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 99 və 101, saat 14:00-dan 18:00-dək isə Nizami rayonu, E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında yerləşən binaların sakinləri yararlana biləcəklər.

Nizami rayonu üzrə kampaniya yanvarın 23-də Ş.Mirzəyev, T.Abbasov və R.Teymurov küçələrinin kəsişməsində, 2444-cü məhəllədə, yanvarın 24-də isə E.Süleymanov küçəsi, 59 ünvanlarındakı çoxmənzilli binalarda davam etdiriləcək və ümumilikdə 815 mənzili əhatə edəcək.

Mənzillərini dövlət reyestrində qeydiyyata almaq istəyənlər şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı olmaqla ilkin sənədlərlə mobil ofislərə müraciət edə bilərlər.

Azvision.az



Teqlər: Mənzil   Qeydiyyat  





Xəbər lenti