Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir

   Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
  19 Fevral 2020    Oxunub:1536
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir və bu, onların yaranma səbəblərini aşkarlamağa, lazım gəldikdə, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görməyə və yaxud mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə baxılması, həmçinin qəbulların təşkili ilə bağlı müvafiq tövsiyələrin verilməsinə imkan yaradır.
Azvision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı məqaləsində bildirib.

Məqalədə qeyd edilir ki, 2019-cu ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 67,9 faizi ərizə, 31,8 faizi şikayət, 0,3 faizi isə təklifdir.

Vurğulanır ki, Prezident Administrasiyasına daxil olan ərizələrin mövzuları çox müxtəlifdir. Vətəndaşlar əfv məsələləri, iş, mənzil, ünvanlı sosial yardımla təmin olunma, güzəştli kreditlərin verilməsi, pensiyaların yenidən hesablanması, xaricdə müalicə, yaşayış binalarının və mənzillərin təmiri və sənədləşdirilməsi, sahibkarlığın inkişafı, məcburi köçkünlərin evlə təmin edilməsi, təhsil haqqı və digər məsələlərlə bağlı daha çox müraciət ediblər.

Azvision.az



Teqlər: PrezidentAdministrasiyası  





Xəbər lenti