Azərbaycanın Gürcüstandakı səfiri dəyişdirildi - SƏRƏNCAM

 Azərbaycanın Gürcüstandakı səfiri dəyişdirildi -  SƏRƏNCAM
  17 Avqust 2020    Oxunub:11654
Prezident İlham Əliyev Dursun Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, dövlət başçısının digər Sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Sərəncam   Gürcüstan  





Xəbər lenti