Ölkəyə külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
Sərhəd pozucuları hava şəraitinin qaranlıq və dumanlı olmasından istifadə edərək qaçaqmalı hadisə yerində ataraq sərhəd naryadının təqibindən İran İslam Respublikası istiqamətində geri qaçıblar.
Hadisə yerinə baxış zamanı ümumilikdə çəkisi 1 kq 930 qram heroin, 1 kq 500 qram metafitamin, 6 kq 990 qram tiryək, 1 kq 25 qram həşiş növünə oxşar narkotik vasitələr, 2500 qram “Metodon 40”, 20 həb “Klonozepam” və 40 həb “Zolpidem” psixotrop maddələr, 5 ədəd “Ardene” mazı, 5 ədəd “Klobetasol” dərman preparatları aşkar olunaraq götürülüb.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azvision.az