Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
  17 Sentyabr 2020    Oxunub:2679
Qızılağac Milli Parkının və Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının 16 sentyabr 2020-ci il tarixində birgə keçirdikləri növbəti nəzarət tədbirləri zamanı milli parkın ərazisində, Kiçik Körfəzin su akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Xidmətin rəis əvəzi Firuddin Əliyev bildirib.

Araşdırma zamanı brakonyerin Lənkəran rayon Nərimanabad qəsəbə sakini Sabir Hüseynov olduğu və təbiətə 1056 manat ziyan dəydiyi məlum olub. Qanun pozucusundan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hazırda istintaq aparılır.

Azvision.az


Teqlər: Balıq  





Xəbər lenti