Azərbaycan Ermənistana son dəfə şans verdi - Türkiyə XİN

  10 Oktyabr 2020    Oxunub : 2827
Azərbaycan Ermənistana son dəfə şans verdi -  Türkiyə XİN
27 sentyabr 2020-ci ildə başlayan silahlı qarşıdurmalarda Azərbaycan Ermənistana və bütün dünyaya öz imkanları və özünə güvənərək təxminən 30 il işğal altında qalan torpaqlarını geri ala biləcəyini göstərdi.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd edilir ki, bu müddət ərzində dünyanın hər yerindən humanitar səbəblərdən atəşkəs çağırışları edildi. Azərbaycan da Ermənistana son dəfə işğal etdiyi ərazilərdən çəkilmək şansı verdi. Əsirlərin dəyişdirilməsi və meyitlərin götürülməsi üçün elan edilən atəşkəs ilk vacib addımdır, lakin atəşkəs münaqişənin həll olunma yolu deyil:

"Türkiyə yalnız Azərbaycanın razı olacağı həll istiqamətini dəstəkləyir. Hər zaman Azərbaycanın yanında olan Türkiyə bundan sonra da masada və meydanda can Azərbaycanın yanında olmağa davam edəcək".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   XİN