Dövlət Agentliyinin sədri GİZ-in nümayəndə heyətilə görüşüb
Nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, “ASAN Radio”, “ASAN Təlim Mərkəzi”, “ABAD” etno-butiki, Elektron Hökumətin İnkişafı Mərkəzi, “INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi”nin fəaliyyəti ilə yaxından tanış olub.
Dövlət Agentliyi və GİZ Gəncə, Masallı və Qubada tətbiqi planlaşdırılan iki layihə üzrə əməkdaşlıq qurub. “Yerli İcra Hakimiyyətlərində ASAN Standartlarının Tətbiq Edilməsi”ni əhatə edən layihə çərçivəsində qanunverici baza, xidmətlərin elektronlaşma səviyyəsi, texniki və infrastruktur imkanlarının təhlili, yol xəritələrinin işlənməsi nəzərdə tutulur.
“Yerli İcra Hakimiyyətləri Xidmətlərinin Elektronlaşdırılması” layihəsi isə aidiyyəti regionlarda rəqəmsal savadlılıq səviyyəsinin ölçülməsini, icra hakimiyyətlərinin İT infrastrukturu və mütəxəssis potensiallarının hesablanmasını, əldə edilən nəticələr əsasında ən çox ehtiyac duyulan xidmətlərin elektronlaşdırılmasını əhatə edir.
Azvision.az
Teqlər: ASAN-xidmət Sədr Görüş