“Donbasda münaqişə vəziyyəti kəskinləşib” - Zelenski

 “Donbasda münaqişə vəziyyəti kəskinləşib” -  Zelenski
  02 Aprel 2021    Oxunub:1732
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı Donbasda "əzələ nümayişində" günahlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında yazıb.

Dövlət başçısı bəyan edib ki, Donbasda münaqişə vəziyyəti kəskinləşib. Onun fikrincə, Rusiya danışıqlarda təzyiq atmosferi yaradır.

"Hərbi təlimlər və sərhəd boyunca mümkün təxribatlar formatında olan əzələ oyunu Rusiyada ənənəvi bir haldır".

Bundan əlavə, Zelenski Ukraynanın hər cür təxribata cavab verməyə hazır olduğunu əlavə edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Donbas   Rusiya   Zelenski  





Xəbər lenti