"Medallı trol": Ermənilərin Azərbaycana qarşı işlətdikləri "şair" Sergey Bulıçev kimdir?

  "Medallı trol":  Ermənilərin Azərbaycana qarşı işlətdikləri "şair" Sergey Bulıçev kimdir?
  03 İyul 2021    Oxunub:6080
İkinci Qarabağ Müharibəsində uğradığı ağır məğbuliyyəti həzm edə bilməyən ermənilər Azərbaycana qarşı yenidən misli görünməmiş informasiya-propaqanda müharibəsinə start veriblər. Rusiyanın İkinci Qarabağ Müharibəsində göstərdiyi neytral mövqedən sonra ermənilər taktikalarını dəyişərək, yeni muzdlu trollar qrupu yatarmağa başlayıblar.
Erməni təbliğatı Rusiyanın son illər Azərbaycan və Türkiyə ilə yaxınlaşan və genişlənən əlaqələrinə zərbə endirmək üçün şimal qonşumuzun ədəbiyyat çevrələrində tanınan bəzi şəxsləri böyük pullar qarşılığında öz tərəfinə çəkməyə başlayıb. Bu dəfə erməni propaqandasının əsas məqsədi Rusiyanın intellektual qurumlarının üzvü və milliyətcə rus olan şəxsləri Azərbaycana qarşı qaldırmaqdır.

Vətən Müharibəsindən əvvəl Rusiyadakı erməni tərəfdarlarına işğal altındakı Qarabağa apardıqları xaricilərə Azərbaycana gözdağı vermək və xalqımızın əsəblərini tarıma çəkmək təlimatı verilirdisə, Azərbaycanın əzici qələbəsindən sonra bu taktika dəyişib. Erməni lobbisinin pulları ilə maliyyələşən yeni trollar indi də dini əllərində alət edərək, Azərbaycana qarşı qaralama kampaniyasına başlayıblar.

Müharibədən əvvəl Moskvadakı erməni-daşnak firqəsinin Azərbaycana qarşı ən çox istifadə etdiyi "yazıçı və ictimai xadim" Viktor Aleksandrov idisə, müharibə ərəfəsində xroniki alkoqolozmdən əziyyət çəkən bu əyyaş heç bir işə yaramadı. Ermənilər onun pulunu kəsərək, özü ilə də əlaqəni bidəfəlik dayandırdılar.

Müharibənin qızğın vaxtlarında Zəngəzura hərbi geyimdə gətirilən Viktor Aleksandorv sərxoş çıxışları ilə ermənilərə ruh verə bilmədi. 2020-ci ilin əvvələrində qanunsuz olaraq Qarabağa gedən, başda Şuşa olmaqla bir çox şəhərlərdə videoçarx çəkərək, azərbaycanlıların ünvanına təhqiramiz ifadələr işlədən Viktor bu dəfə ermənilərə lazım olmadı. Onun ən yaddaqalan videosu isə Xankəndi yaxınlığındakı bir yerdə Qarabağdan qovulmuş azərbaycanlıların avtomobillərinin divara vurulmuş dövlət nömrə nişanlarının qarşısındakı çıxışı idi. Videoda əyyaş erməni trolu istehza ilə bu nömrələrin azərbaycanlılara aid maşınlardan götürüldüyünü, azərbaycanlıların Qarabağı bir daha görməyəcəklərini deyirdi. "Azadlıq" meydanındakı Böyük Qələbə Paradı isə həmin günə qədər ölkəmizə və millətimizə qarşı aparılan qara erməni təbliğatını tam şəkildə iflasa uğradaraq, Ermənistan ordusu ilə birlikdə məhv etdi.

Amma indi məğlubiyyətinin acısı altında inləyən düşmən yenidən toparlanmaq və bizə qarşı apardığı informasiya müharibəsinə yenidən təkan vermək fikrindədir. Bu dəfə əyyaş Viktor Aleksandrovu başqa bir muzdlu ilə, Rusiya Yazlçılar İttifaqının üzvü Sergey Bulıçevlə əvəzləməyi qərara alıblar. Adı çəkilən yeni trolun sosial şəbəkədəki hesabının qısa monitorinqi nəticəsində məlum oldu ki, Bulıçev tam olaraq ermənilərin himayəsindədir, yazdığı bütün şeirlər və postlar Azərbaycan və Türkiyənin ünvanına təhqirlərlə doludur.



Azərbaycan və Türkiyə ilə srtateji xarakter daşıyan yaxın əlaqələrinin fonunda qonşu ölkənin ( Rusiyanın - red. ) Yazıçılar İttifaqı kimi mötəbər bir qurumunun üzvünün belə qərəzli, dağıdıcı və pozucu fəaliyyəti artıq cinayət tərkiblidir və bu barədə Azərbaycanın hakimiyyət orqanları Rusiyanın əlaqədar qurumlarını məlumatlandırmalıdırlar. Çünki qələmini və vicdanını şeytana satmış bu muzdlunun təhqirli ritorikası millətimizə və xalqımıza qarşı əndazəni aşır.

Sergey Bulıçev hətta öz profilində iddia edir ki, Rusiya Yazıçılar İttifaqı onu müharibə ərəfəsində qanunsuz olaraq səfər etdiyi Dağlıq Qarabağda erməni separatçılarının şəninə söylədiyi şeirə görə medalla təltif edib. Bu şəxs haqqında ən azı Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi başlamalıdır. Əks təqdirdə, belə tiplərin fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərinə çox ciddi zərbə vura bilər. Erməni propaqandasının əsl hədəfi də məhz budur.

Şahin Ömər
Azvision.az



Teqlər: İnformasiya-müharibəsi   Ermənistan  





Xəbər lenti