"Zaloğlu İnşaat" 20 min manat cərimələnib

    "Zaloğlu İnşaat" 20 min manat cərimələnib
  01 Aprel 2024    Oxunub:1531
Qəbələdə fəaliyyət göstərən "Zaloğlu İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti əmək hüquqlarını pozduğu üçün 20 min manat cərimələnib.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, MMC-nin direktoru Tural Zalovun əmək müqaviləsi bağlamadan Qəbələ rayon sakini Qafqaz Alcanovu müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

AzVision.az


Teqlər: Baş-prokurorluq  





Xəbər lenti