Rusiyadan Ermənistana etiraz notası

   Rusiyadan Ermənistana    etiraz notası
  09 İyun 2024    Oxunub:1181
Ermənistan nümayəndə heyəti Buçaya səfər etdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi erməni həmkarlarına etiraz notası göndərib.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “NEWS.ru”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatları və Kiyevə humanitar yardımın göstərilməsini qeyri-dost addım kimi qiymətləndirir.

“Biz paytaxtın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryanın və Ermənistanın diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Buça şəhərinə səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Biz onların Ukrayna Silahlı Qüvvələrinə yardım etməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdik”, – Zaxarova bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti