Bayden: "HƏMAS lideri ələ keçirilməlidir"

      Bayden:    "HƏMAS lideri ələ keçirilməlidir"
  12 İyul 2024    Oxunub:961
"Qəzza zolağında müharibə bitərsə belə, bu o demək deyil ki, HƏMAS-ın rəhbərləri arxayınlaşa bilərlər"
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden NATO sammitinin bağlanışı çərçivəsində mətbuat konfransında deyib.

"Müharibə bitəndə HƏMAS lideri Yəhya Sinvarın məsuliyyətə alınması qaçılmazdır. ABŞ Bin Ladin vaxtındakı kimi səhvə yol verməməlidir. Haranısa ələ keçirməyə ehtiyac yoxdur. Yalnız işi görən insanların arxasınca getmək lazımdır. ABŞ də bu prosesə öz dəstəyini verəcək", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail   HƏMAS  





Xəbər lenti