Etna vulkanı yenidən aktivləşib

Etna vulkanı yenidən aktivləşib
  16 İyul 2024    Oxunub:946
İtaliyanın Siciliya adasında yerləşən və Avropanın ən aktiv vulkanı sayılan Etna yenidən püskürüb.
AzVision.az xəbər verir ki, bu barədə “”HaberTürk”məlumat yayıb.

Vulkanın Voraqin kraterində baş verən partlayışlar nəticəsinə gecə saatlarında ətrafa tüstü ilə yanaşı güclü işıq saçılıb.
Qeyd edək ki, hündürlüyü təxminən 3330 metr olan Etna bu ilin aprel ayında da püskürmüşdü.
O, Avropanın təkcə ən aktiv deyil, həm də ən hündür vulkanıdır. Etnada ildə bir neçə dəfə aktivlik müşahidə olunur.

Süsən Kərimova
AzVision.az



Teqlər:





Xəbər lenti