Fransanın Baş naziri istefa verib

   Fransanın Baş naziri istefa verib
  17 İyul 2024    Oxunub:992
Fransa Prezidenti Emmanuel Makron ölkə hökumətinin və hökumət başçısı Qabriel Attalın istefasını qəbul edib.
AzVision.az xəbər verir ki, 35 yaşlı gənc Baş nazir Fransada yeni hökumət qurulanadək vəzifəsində qalacaq.

Xatırladaq ki, Fransada iyulun 8-də keçirilən parlament seçkilərinin II turunda ümumilikdə 25.81% səs toplayan və parlamentdə 182 mandat qazanan Yeni Xalq Cəbhəsi koalisiyası xarici işlər naziri Stefan Sejurnenin rəhbərliyi altındakı mərkəzçi "Respublika naminə Birlikdə" koalisiyasını üstələyib. Prezident Emmanuel Makronun tərəfdaşları parlamentdə cəmi 163 mandat ala biliblər. Bu nəticəyə əsasən ölkənin Baş nazirinin istefası da gündəmə gəlmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   Baş-nazir   istefa  





Xəbər lenti