“Azeri Light”ın bugünkü satış qiyməti

“Azeri Light”ın bugünkü satış qiyməti
  20 İyul 2024    Oxunub:843
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
AzVision.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,09 ABŞ dolları və ya 1,22% azalaraq 88,46 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, ötən gün neftimiz 89,55 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edir.

AzVision.az



Teqlər:





Xəbər lenti