MİT İraqda 3 terrorçunu məhv edib

   MİT İraqda 3 terrorçunu məhv edib
  24 İyul 2024    Oxunub:8287
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Təşkilatı – MİT) PKK/KCK qruplaşmasının qondarma kəşfiyyat strukturunun ”Andok Tolhildan” kod adlı Ömər Fırat və onu müşayiət edən İran vətəndaşları “Raman Renas“ kod adlı İrfan Zendi və “Cengaver Mikayıl” kod adlı Hidayət Resuli İraqın Süleymaniyyə şəhərində zərərsizləşdirib.
MİT PKK-nın rəhbərlərindən birini məhv edib
AzVision.az “Haber Global”a istinadən xəbər verir ki, məlumatı MİT yayıb.

Qeyd olunub ki, təşkilat üzvlərinin atdığı hər bir addım ciddi şəkildə izlənilib və əməliyyat üçün ən uyğun vaxt gözlənilib.

Terrorçular və istifadə etdikləri nöqtələr hava əməliyyatı ilə zərərsizləşdirilib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   TürkiyəMİT   PKK   terrorçu  





Xəbər lenti