İrəvan turistlərin gözündən düşür - VİDEO

İrəvan turistlərin gözündən düşür    - VİDEO
  24 İyul 2024    Oxunub:1306
Ermənistanda ictimai-siyasi problemlərlə yanaşı sosial-iqtisadi böhran da dərinləşməkdədir.
"Mamul" nəşrinin yaydığı məlumata görə, paytaxtın bəzi küçələrinin baxımsız olması səbəbindən İrəvan turistlərin gözündən düşür.

İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyasının üzvü Armenak Danielyan isə ucqar dağ kəndlərinin yoluna bənzəyən dağılmış avtomobil yollarından gileylənib.

O, acınacaqlı vəziyyəti lentə alaraq deyib ki, sanki paytaxtda yox, Marsda gəzir:

"Bura İrəvanın Malatiya-Sebastiya inzibati ərazisidir. Dəqiq desək Axtanak rayonudur. Bu daşlı-çınqıllı və gölməçələrlə dolu ərazi əsas küçə sayılır. Digər küçələrdə də vəziyyət oxşardır. Yaranmış durum meriya tərəfindən idarə olunan İrəvan ictimaiyyətinin real mənzərəsidir".

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  





Xəbər lenti