Mask Trampdan tariflərə yenidən baxmağı xahiş edib

   Mask Trampdan tariflərə yenidən baxmağı xahiş edib
  08 Aprel 2025    Oxunub:812
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, biznesmen İlon Mask prezident Donald Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal tariflərinə yenidən baxmağı xahiş edib.
Bu fikirlər "Washington Post"da (WP) dərc olunan məqalədəndir. Nəşr öz mənbələrinə istinad edib. Mənbələrin fikrincə, Trampın həm də müşaviri kimi fəaliyyət göstərən Mask uğur qazana bilməyib.

“Tramp tarifləri” dünya iqtisadiyyatını çökdürür
Qəzet yazıb ki, biznesmenin ABŞ administrasiyasının prioritet fəaliyyət sahələrindən biri ilə razılaşmaması prezidentlə onun əsas müşavirlərindən biri arasında səs-küylü fikir ayrılığına çevrilib.

Yazıda milyarderin miqrant vizası və DOGE-nin hökumət xərclərinə yanaşması kimi məsələlərdə Vaşinqton administrasiyasının digər yüksək səviyyəli rəsmiləri ilə də razılaşmamasından da söz açılıb.

Müəllif onu da xatırladıb ki, şənbə günü iş adamı Trampın ticarət və istehsal üzrə baş müşaviri, tariflərin tətbiqi planının hazırlanmasında əsas rol oynamış Piter Navarronu da tənqid edib. Mask Navarroya istinad edərək "X" sosial media platformasında yazıb: "Harvard-ın iqtisadiyyat üzrə doktorluq dərəcəsi yaxşı yox, pisdir...".

Məqalədə o da qeyd edilib ki, Mask bir müddət öncə Avropa və ABŞ arasında azad ticarət zonasını görmək istədiyini söyləyib. "Nəhayət, ümid edirəm ki, həm Avropa, həm də ABŞ ideal şəkildə sıfır tarif vəziyyətinə keçməlidirlər",- qəzet milyarderdən sitat gətirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Mask   Tarif  





Xəbər lenti