Bloomberg: “Putin Ukraynanın 4 vilayətini tam tutmaq istəyir”

      Bloomberg:    “Putin Ukraynanın 4 vilayətini tam tutmaq istəyir”
  19 May 2025    Oxunub:507
Kremlin lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampla bu gün baş tutacaq danışıqlardan əvvəl “güclü ələ” malik olduğunu düşünür.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mövqeyi ilə tanış olan şəxsin sözlərinə istinadən “Bloomberg” agentliyinin yazdığına görə, Putin onun qoşunlarının ilin sonuna qədər Ukraynanın müdafiəsini yarıb Rusiyanın tərkib hissəsi elan etdiyi dörd bölgəyə (Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri) tam nəzarəti ələ keçirə biləcəyinə əmindir.

“Bu o deməkdir ki, Putin bugünkü söhbət zamanı çətin Trampa ciddi güzəştə getsin. Öz növbəsində, Avropa liderləri ABŞ prezidentinin heç nəyə baxmayaraq, nizamlanmanı tətbiq etməyə cəhd göstərə biləcəyindən narahatdırlar”, - agentlik vurğulayır.

“Bloomberg” qeyd edir ki, Tramp müharibəni tez bir zamanda bitirməkdə israrlıdır və razılaşma əldə etmək üçün Putinlə birbaşa danışıqları dəstəkləyib. Kreml rəhbəri, öz növbəsində, müharibəni bitirməyə hazır olduğuna dair heç bir əlamət nümayiş etdirmir.

Zelenski Tramp-Putin danışıqları ərəfəsində həyəcan keçirir
Bu, Kiyevdə və digər Avropa paytaxtlarında Ukraynanın daha da geniş ərazilərdən imtina etmək məcburiyyətində qala biləcəyi ilə bağlı narahatlığı artırıb. Lakin bunun real və ya yalnız agentliyin ehtimalı olub-olmadığı tam aydın deyil.

- Döyüşlərin dayandırılması ilə bağlı bütün söz-söhbətlərə baxmayaraq, Putin öz məqsədlərinə çatmaq üçün uzunmüddətli müharibə aparmağa hazırdır. O, həmçinin ABŞ-nin növbəti sanksiyaları perspektivinə də nikbin baxır” , - Kremlə yaxın olan digər iki şəxs iddia edir.

Yüksək vəzifəli avropalı məmurun dediyinə görə, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer mayın 16-da telefon danışığında Trampa Putinin onu azdırdığını aydınlaşdırmağa çalışıblar. Onlar ümid edirlər ki, Tramp Ukrayna ilə bağlı pis sövdələşməyə məcbur edərsə, uduzan kimi görünəcəyi riskini anlayacaq.

Böyük Britaniyanın baş nazirinin sözçüsü bildirib ki, Trampın dünən Merts, Starmer, Makron və İtaliyanın baş naziri Corca Meloni ilə təkrar telefon danışığında isə, liderlər qeyd-şərtsiz atəşkəsin zəruriliyini və Putinin danışıqlardakı ciddiliyini müzakirə ediblər.

- Kreml liderinin Rusiyanın döyüş meydanındakı perspektivlərinə inamı Qərbin qiymətləndirmələrindən fərqlənir. Avropa rəsmiləri deyirlər ki, üç ildən çox davam edən müharibədə böyük itkilər verən Rusiyanın Putinin məqsədlərinə çatmaq imkanı yoxdur”, - agentlik yazır.

Rusiyanın Müdafiə nazirliyinə yaxın bir mənbənin sözlərinə görə, bu şübhəyə Ukraynaya qarşı döyüşən bir çox rusiyalı hərbçilər şərikidir. Xüsusilə, o, Ukrayna pilotsuz təyyarələrinin Rusiyanın irimiqyaslı hücumlarının baha başa gəldiyini və onları səmərəsiz etdiyini bildirib.
Öz imkanlarını həddən artıq qiymətləndirməsi və beləliklə də, Trampı Ukraynada “qanlı hamam” adlandırdığı müharibəyə son qoymaq üçün əlavə sanksiyalar hədəsini həyata keçirməyə təşviq etməsi Putin üçün risk olacaq.

Məsələ ilə yaxından tanış olan avropalı məmurların sözlərinə görə, ABŞ rəsmiləri özəl söhbətlərdə avropalı həmkarlarına eyham vurublar ki, Tramp Rusiya güzəştə getməyəcəyi təqdirdə respublikaçı senator Lindsi Qrem tərəfindən hazırlanmış sanksiya qanunu layihəsini təsdiq etməyi düşünür. Əvəzində isə, Putinə deyə bilər ki, buna mane olmaq imkanı yoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   Ukrayna   ərazilər  





Xəbər lenti