`Dollar kreditlərinə güzəşt olunsun` - Ekspert
“Təbii ki, vətəndaşların zəhmətlə qazandıqları depozitləri bütün hallarda onların özünə tam şəkildə qaytarılmalıdır. Onsuzda banklar həmin depozitlərdən istifadə etməklə xeyili gəlir əldə ediblər. Digər tərəfdən, depozitlərin qaytarılmasındakı çətinlik heç də yalnız problemli kreditlərin həcminin artması ilə əlaqədar deyil”.
Ekspert bildirib ki, əksər bank rəhbərləri uzun illər MDB məkanında ən yüksək faizli kreditlər paylamaqla böyük gəlirlər əldə ediblər:
“Yumşaq desək, bu banklar vətəndaşların qazandıqları pulların bir qismini uzun müddət yüksək faiz hesabına əllərindən alıblar. Belə olan halda, ödəniş edə bilməyən banklar maliyyə dəstəyi ala bilirlərsə, vətəndaşlar niyə kompensasiya almasın ki?”.
AzVision.az