Kreditlərin verməsi ilə bağlı mühüm dəyişiklik

Kreditlərin verməsi ilə bağlı mühüm dəyişiklik
  06 May 2016    Oxunub:2794
Milli Məclisin bu gün keçirilən iclasında "Banklar haqqında" qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılaraq təsdiq olunub.
AzVision.az xəbər verir ki, qanunda səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərində edilən yeniliyə görə banka aiddiyatı olan şəxslə dəyəri bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüquq olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcək.

Həmçinin Müşahidə Şurasının səlahiyyətlərində də eyni məzmunda əlavə edilir. Səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aiddiyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5 %-dək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək Müşahidə Şurasının səlahiyyətində qalıb.

Digər dəyişiklik isə banklara aidiyyəti şəxslərlə əməliyyatların aparılması ilə əlaqədardır. 40-cı maddədə edilən dəyişikliyə əsasən aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda banklar aidiyyəti şəxslərə kredit verə bilməyəcəklər.
Həmçinin aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, bankın Müşahidə Şurasının qərarı olmadıqda banklar aiddiyyəti şəxslərə kreditlər verə bilməyəcəklər.

Qeyd edək ki, hazırda isə 40-cı maddəyə əsasən kreditin verilməsinə və onun şərtlərinə dair Bankın Müşahidə Şurasının razılığı olmadıqda və bankın İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda banklar aiddiyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə kredit verə bilmirlər.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:





Xəbər lenti