`Supermarketlər ƏDV-dən azad olunmayacaq` - Nazir

`Supermarketlər ƏDV-dən azad olunmayacaq` - Nazir
  10 May 2016    Oxunub:2130
“Supermarketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz”.
AzVision.az xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov supermarket rəhbərlərinin vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, iri market şəbəkələri vergidən yayınır. F.Məmmədov, həminin qeyd edib ki, hazırki durumda hər hansı vergi güzəştlərinin tətbiq olunması gözlənilmir.

“Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98 faizi bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2 faiz marketlərdə satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil”.

Nazir vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları mənfəət vergisindən azad edilə bilər: “Banklar belə bir məsələ qaldırıb. Bu təklifə hökumətdə baxıla bilər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti