Bank sektorundan vergi daxilolmaları azalıb

Bank sektorundan vergi daxilolmaları azalıb
  18 May 2016    Oxunub:1860
“Vergidən azadolmalar heç vaxt büdcə üçün müsbət nəticə vermir. Əgər kimsə və ya hansısa millət vəkili hər hansı sahənin ƏDV-dən azad olunması təklifini verirsə, bunu məsuliyyətini də daşıyır. O zaman həm də təklif versin ki, büdcəni necə kompensasiya edək?”.
AzVision.az xəbər verir ki, bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib. O, fikrini belə davam etdirib:

“Heç bir qrum durub elə belə deməməlidir ki, filan sahəni vergidən azad edək. Onsuz da ölkə başçısı xeyli sahəni vergidən azad edib, güzəştlər tətbiq edib. Vergilərdən azadolma büdcə üçün heç vaxt müsbət nəticələnmir. Azadolma müəyyən müddətə və konket sahəsnin inkişafı üçün verilir”.

Daha sonra şıxış edən vergilər nazirinin müavini İlkin Vəliyev isə bildirib ki, Bank sektorundan vergi daxilolmaları azalıb.

Onun sözlərinə görə, cari ilin yanvar-aprel ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə bank sektorundan vergi daxilolmalarında 30%-lik azalma qeydə alınıb.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti