Türkiyədə yaşayan balaban ifaçısı Əlixan Səmədov və Məlahət Abbasova da çəkiliş üçün qardaş ölkədən Bakıya gəlib.

Rejissorluğunu Etibar Babayevin etdiyi möhtəşəm klipdə Aprel döyüşlərində ölkəmizin ərazi bütövlüyü uğurunda mübarizə aparan qəhrəmanlarımız yer alıb.
Klipdə Olimpiya çempionlarımızdan Zemfira Mehdiyətdinova, Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov, tanınmış idmançılardan Fizuli Musayev, Rəhman Hətəmov, İlqar Abdulov, eləcə də Asan könüllüləri, Formula 1 yarışının könüllüləri və Bakı Şəhəri Gənclər və İdman baş idarəsinin aktiv iştirakçıları rol alıb.
Eyni zamanda ötən əsrin 70-ci illərində Bakıdakı 6 saylı orta məktəbdə dövlət başçısı İlham Əliyevə dərs demiş 88 yaşlı biologiya müəlliməsi Emma Kazımova da iştirak edib.

Çəkilişlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda baş tutub. Cəlal Qurbanovun sözlərinə klip tezliklə tamaşaçılara təqdim olunacaq.
Layihənin əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan xalqının milli birliyi və həmrəyliyi nümayiş olunsun, vətənpərvərlik hisslərinin təbliğatı aparılsın.
Sənət adamlarının və ictimai xadimlərin Bakının mərkəzinə toplaşması izdihama səbəb olub. Klip çəkilişlərindən maraqlı kadrları təqdim edirik: