Ərdoğandan seçkidən sonra ilk açıqlama: “Bu, tarixi qələbədir” (VİDEO)

Ərdoğandan seçkidən sonra ilk açıqlama: “Bu, tarixi qələbədir” (VİDEO)
  17 Aprel 2017    Oxunub:2741
“16 aprel referendumu bütün Türkiyənin zəfəridir”. AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendumun nəticələri ilə bağlı çıxışında deyib.
Ərdoğan seçkiyə qatılan hər bir vətəndaşa təşəkkür edib: “Türkiyə demokratiyasına, seçki qutusuna sahib çıxdığı müddətdə, Allahın izni ilə qarşılarına çıxan hər bir problemin, böhranın öhdəsindən gələ biləcək gücdə və qabiliyyətdədir. Biz bunun son nümunəsini 15 iyun dövlət çevrilişinə cəhddə açıq şəkildə görmüşük”.

Türkiyə prezidenti vurğulayıb ki, referendumda “hə” deyən xalq gələcəyinə sahib çıxıb: “Bu gün Türkiyə idarəetmə sistemi ilə bağlı tarixi qərar verib. Bu, adi qərar deyil. Çox ciddi idarəetmə sistemi ilə bağlı verilən qərardır. Biz çətin olanı bacardıq və millətimizin dəstəyi ilə tariximizin ən vacib idaretmə islahatını həyata keçiririk”.



AzVision.az


Teqlər: Türkiyə   Referendum   Ərdoğan  





Xəbər lenti