Naxçıvanlıların sayı və gəlirləri artıb

Naxçıvanlıların sayı və gəlirləri artıb
  19 Aprel 2017    Oxunub:1033
Naxçıvan Muxtar Respublikasında əhalinin gəlirləri artıb.
AzVision.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, Muxtar Respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətən 1,2 faiz artaraq 358 milyon 805 min 800 manat, onun hər bir nəfərə düşən həcmi 798,2 manata çatıb. Cari ilin yanvar-fevral ayları ərzində orta aylıq əməkhaqqının məbləği 413,6 manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,4 faiz çoxdur.

Cari ilin ilk rübü ərzində muxtar respublikada 640 yeni iş yeri yaradılıb ki, bunun da 626-sı və ya 97,8 faizi daimi iş yerləridir.

Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərib. Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4,5 min nəfər artaraq 1 mart 2017-ci il tarixə 450 min nəfərə çatıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti