Bakıda daha bir yol bağlanılır

Bakıda daha bir yol bağlanılır
  19 Aprel 2017    Oxunub:1102
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində müvafiq işlər aparılır.
“Azəravtoyol” ASC-dən AzVision.az-a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

AzVision.az


Teqlər: Azəravtoyol   yol  





Xəbər lenti