Cocuq Mərcanlıda mina partladıcıları tapılıb

Cocuq Mərcanlıda mina partladıcıları tapılıb
  19 Aprel 2017    Oxunub:1259
Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 500 ədəd qəlpə və 4 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Bu barədə AzVision.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, gün ərzində nəticə etibarı ilə 45 702 kv.m ərazi (3 372 kv.m əllə, 15 800 kv.m mexaniki üsulla, 26 530 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

AzVision.az


Teqlər: CocuqMərcanlı   ANAMA  





Xəbər lenti